Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı”dan ayrılan ilk futbolçu bəlli olub.

Offsideplus.az xəbər verir ki, bunu bölgə təmsilçisinin mətbuat xidməti açıqlayıb.

I Liqanın çempionu Əkpər Vəliyevlə yollarını ayırıb. Müqaviləsi başa çatan qapıçı ilə anlaşma uzadılmayıb.

Qeyd edək ki, “Şamaxı” bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.